“Milan”ın müdafiəçisi Simon Kyaer komanda yoldaşı Olivye Jirunu dayandırmağın yollarını bilir. Bu barədə Danimarka yığmasının baş məşqçisi Kasper Yulmann danışıb.

Futbolinfo.az xəbər verir ki, danimarkalılar noyabrın 26-da Fransa yığması ilə qarşılaşacaq. DÇ-2022-nin 2-cu qrup oyunu öncəsi Yulmann rəqibin heyətində əsas silah kimi Jirunun adını çəkib: “Məncə, Olivye indi əvvəlkindən daha təlükəlidi. Təcrübəsi çoxdu və bizim üçün qorxulu futbolçudu. Onun klubda komanda yoldaşı olan müdafiəçimiz Kyaerlə Jiru barədə danışdıq. Hər xırda detala kimi müzakirə etdik. Ümid edirəm, Simon onu yaxşı tanıyır və matç zamanı Olivyeni dayandıra biləcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp