Milan Şkrinyarı transfer edə bilməyən PSJ indi də İtaliyada başqa bir mərkəz müdafiəçisinin izinə düşüb. Milan “İnter”inin 27 yaşlı slovakiyalısı İtaliyanı tərk etmək istəməyincə parislilər bu şəhərin eyniadlı təmsilçisinə göz dikib.

Futbolinfo.az xəbər verir ki, PSJ-nin növbəti cəhdi də uğursuz olub. “Milan”ın müdafiəçisi Pyer Kalulu kluba sadiqliyini müqaviləsini 2027-ci ilin yayına kimi uzatmaqla göstərib.

PSJ isə axtarışlarını davam etdirir. Fransa çempionu yayda yüksək səviyyəli mərkəz müdafiəçisi almaqda israrlıdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp