Niderland – Ekvador matçı heç-heçə (1:1) bitdi və Qətərin qrupda qalacağı dəqiqləşdi. Beləcə mundiala ev sahibliyi edən ölkə həm də yarışdan uzaqlaşan ilk komanda oldu.

Bu matç Enner Valensiya üçün də əlamətdar oldu. 3-cü qolunu vurub Dünya Çempionatının bombardirinə çevrilən hücumçu Ekvadorun fəxri olmağa davam edir. O, ölkəsinin mundiallarda vurduğu son 6 qolun hamısının müəllifidir. 2014-də İsveçrəyə 1, Hondurasa 2 qol vuran “Fənərbaxça”lı, cari yarışda Qətərlə matçda dubl etmişdi, bu gün də növbəti dəfə fərqləndi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp