Qətər evsahibliyi etdiyi mundialda qrup mərhələsində ardıcıl iki oyunu uduzan ilk ölkə oldu. İndiyədək heç bir komanda startda belə xalsız qalmamışdı.

Seneqal cari yarışda afrikalıların ilk qələbəsini qazandı. Bu komanda eyni zamanda tarixində 2-ci dəfə Dünya Çempionatı matçında 3 qol vura bildi. Qətər üzərində 3:1 hesablı qələbə Seneqalın 2 top fərqi ilə üstün olduğu ilk matçdır.

Qətərin qrupda qalacağı dəqiqləşib, Seneqal isə yola davam etmək üçün son turda Ekvadora qalib gəlməlidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp