“Mançester Yunayted”in sabiq futbolçularından olan Pol Parker klubun gələcəyi ilə bağlı narahatdı. O, “qırmızı şeytanlar”ın yeni sahiblərinin hazırkı baş məşqçi Erik ten Haqı postundan qovacağından narahatdı.

O, Qleyzerlərin dövrünü dəyərləndirib: “Onlar klubu alarkən bəlkə də indiki günləri xəyal etmirdilər. Aleks Ferqyusson getdikdən sonra vəziyyətin bu qədər pisləşəcəyini proqnozlaşdırmamışdılar. Baş məşqçi, aparıcı oyunçular, xüsusilə Robin van Persi getdikdən sonra kabus başladı”.

Parkerin ən böyük qorxusu bundan sonrakı dəyişikliklərlə bağlıdı: “Nəticələr yaxşılaşmağa başlarkən klubun satılması barədə söhbətlər baş qaldırıb. Yeni rəhbərliyin ten Haqqı qovacağından narahatam. Belədə komanda yenidən hər şeyə sıfırdan başlamalı olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp