“Yuventus” yeni qapıçı axtarışına çıxıb. Turinlilərin transfer üçün namizədi də var.

Futbolinfo.az xəbər verir ki, “Qoca Sinyora”  Marko Karnessekini heyətinə qatmaq istəyir. Müqaviləylə “Atalanta”ya məxsus olan qapıçı hazırda icarə əsasında “Kremoneze”də oynayır.

“Atalanta” ilə 2026-cı ilə kimi müqaviləsi olan qolkiper mövsümün sonunadək icarədə olacaq. Daha sonra onun “Yuventus”a transferi mümkündü. 22 yaşlı qapıçının transfer dəyəri  10 milyon avrodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp