Dünya Çempionatları tarixində yalnız 2 futbolçu heç bir klubda oynamadan böyük turnirin iştirakçısı olub. 1978-də Alberto Tarantini, 1986-da Xose Luis Braun (hər ikisi Argentina).
Maraqlıdı ki, hər iki halda Argentina millisi sonda çempion olmağı bacarıb. Bu o deməkdir ki, klubsuz olan sonda kuboka sahib çıxır.
Hazırkı mundialda klubsuz qalan 2 oyunçu var – Kriştianu Ronaldo və Luis Suares. İki komandanın dünya çempionu ola bilməyəcəyini nəzərə alsaq, deməli, ənənə pozulacaq.