Kosta Rika Yaponiya üzərində sürpriz qələbə ilə 1/8 finala yüksəlmək ümidini son tura saxladı. İlk oyunda İspaniya qarşısında darmadağın olan komanda, bu gün rəqibin üstün olduğu matçda uğurlu əks-hücum sayəsində 3 xal qazandı.

Şimali amerikalılar ispanlarla matçın start fitindən hesablasaq, 184 dəqiqə 11 saniyə sonra rəqib qapıya zərbə vura bildi. Və həmin zərbə qol oldu.

İlk turda Almaniyanı sürpriz şəkildə yenən yaponlara gəlincə, bu gün onlar qapıya 13 zərbə vurdu. Asiyalıların bu zərbələri qola çevirə bilməməsi ilk belə hadisə deyil. 2014-də onlar Yunanıstanla matçda da eyni aqibəti yaşamışdı. O zaman yaponların qapıya vurduğu 18 zərbə fayda verməmiş, matç 0:0 hesabıyla başa çatmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp