“Qarabağ” Kiyev “Dinamo”sunun futbolçusu Artyom Besedinə həqiqətən təklif göndərib. Lakin bu, indi yox, yayda olub.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Besedinlə danışıq aparmadığını deməkdə haqlıdı. Həqiqətən indi tərəflər arasında hər hansı təmas yoxdu. Amma mövsümöncəsi belə bir istək olub.

Belə ki, Ağdam klubu Türkiyədə yerləşən agent şirkətlərindən birinin vasitəsilə hücumçunu heyətinə qatmaq istədiyini “Dinamo”ya bildirib. Daha sonra isə qarşı tərəf buna razılıq verməyib. Məsələ bununla bitib, iş müqavilə detallarının müzakirəsinə qədər uzanmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp