Kamerun millisinin hücumçusu Vensan Abubakar bir Dünya Çempionatı matçında həm qol vuran, həm də məhsuldar ötürmə edən ilk afrikalı oldu. O, bu uğura Serbiya ilə az öncə başa çatna matçda nail oldu.

Abubakar komandası 1:3 hesabıyla geridə olarkən oyuna daxil oldu və ardıcıl iki qolun vurulmasında rol oynadı. Yekunda heç-heçə (3:3) qeydə alındı və Kamerun növbəti mərhələyə yüksəlmək şansını son tura saxladı.

Serbiya isə mundiallar tarixində ilk hissəyə əlavə olunmuş dəqiqələrdə iki qol vuran ilk yığma oldu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp