Bu gün Kamerunla 3:3 hesablı heç-heçə edən Serbiya mundiallar tarixində 2-ci dəfə iki top fərqiylə öndə olduğu matçda qələbə qazana bilmədi. Maraqlıdı ki, bundan əvvəlki matçda da rəqib Afrika təmsilçisi olmuşdu.

Futbolinfo.az xəbər verir ki, 2006-cı ildə Fil Dişi Sahili ilə oyunda 2:3 hesabı ilə məğlub olan serblər, bəlkə də bugünkü nəticəyə sevinməlidi. Çünki o zaman 2:0-ı əldən qaçıran avropalılar bu gün bir xal qazana bildi.

Yeri gəlmişkən, Serbiya millisinin üzvü Andriya Jivkoviç ölkəsinin tarixinə düşdü. Bu gün qədər heç bir serb mundial qarşılaşmasında iki məhsuldar ötürmə verməmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp