“Arsenal”ın 3 futbolçusu bu gün Dünya çempionatında üz-üzə gələcək. Qranit Caka İsveçrənin heyətində braziliyalılara – Qabriel Martinelli və Qabriel Jesusa qarşı oynayacaq.

Caka oyunöncəsi klubdakı yoldaşlarıyla münasibətlərindən danışıb: “Mundialdan əvvəl tez-tez zarafatlaşırdıq. Onlara demişəm ki, “Arsenal”da bir yerdə oynasaq da, millidəki matçda qarşıma çıxsanız, sizi əzərəm. Əlbəttə, onlar məndən qorxurlar – bilirlər ki, dediyimi edəcəm. Amma onları elə əzməliyəm ki, “Arsenal”a qayıdanda sağlam olsunlar”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp