“Çelsi” Kistofer Nkunkunun transferini yekunlaşdırır. Londonlular çoxdan maraq göstərdiyi fransalı hücumçunu qışda heyətinə qatacaq.

Futbolinfo.az xəbər verir ki, Nkunku bir müddət öncə tibbi müayinədən keçmişdi. Transferin tamamlanması üçün yalnız klubların razılşaması qalırdı.

“Çelsi” nəhayət, “Leypsiq”i razı sala bilib. Almaniya klubu hücumçuya görə 60 milyon avro alacaq. Keçidin rəsmiləşməsi tezliklə elan olunacaq, amma oyunçu 2023-cü ilin iyununa kimi Bundesliqada oynayacaq, yayda isə Londona köçəcək. İngiltərə klubu futbolçu ilə şəxsi müqavilənin detallarını da tezliklə açıqlayacaq.

Xatırladaq ki, Nkunku zədə üzündən mundialı buraxıb. O, Qətərə gəlsə də, məşqdə sıradan çıxaraq evə qayıtmalı olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp