“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabio gələcək planları haqqında danışıb. Fransa millisinin heyətində Dünya Çempionatında mübarizə aparan futbolçu klub hədəflərindən bəhs edib.

İngiltərə Premyer Liqasına heyran olduğunu deyən Adrien, rəqabət həvəskarıdı: “Premyer Liqadakı futboldan, oradakı rəqabətdən zövq alıram. İngiltərədə olarkən bu ölkəni, yerli mədəniyyəti, həyatı sevdim, ailəm də məmnun idi”.

Qısa müddət “Mançester Siti”nin düşərgəsində olmuş futbolçu Premyer Liqaya gedəcəyini vəd etmir: “Karyerama İngiltərədə davam etməyin əleyhinə deyiləm. Amma müxtəlif variantları dəyərləndirməliyəm. İlk öncə “Yuventus”la danışmalıyıam. Müqaviləmin bitməsinə az qalıb, turinlilərin mənim haqqımda nə düşündüyünü bilmək istəyirəm. Mövsümün əvvəli pis alındı, müqavilə ilə bağlı danışmaq məsləhət deyildi. Daha sonra mundiala kökləndim. Dünya Çempionatı bitdikdən sonra gələcək karyeramla bağlı ən doğru qərarı verəcəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp