“Neftçi”nin kapitanı Emin Mahmudovun futbolinfo.az saytına müsahibəsi

– Dünən “Səbail” üzərində qələbə qazandınız. Matç barədə fikirlərin necədir?

– Birinci hissəyə çox yaxşı başladıq. Qol epizodları yaradırdıq, üstün oynayırdıq. Rəqibin də əks-hücumlara çıxmasının qarşısını ala bilirdik. Amma ikinci hissədə vəziyyət bir az dəyişdi. İkinci qoldan sonra top itkilərinə yol verdik. Nəticədə “Səbail” oyunun kontrolunu ələ keçirdi. Yaxşı ki, penalti qazandıq və matçın nəticəsini müəyyən etdik.

– İlk het-trikini etdin. Bu, sənin üçün nə deməkdir?

– Çox sevinirəm ki, matçda 3 top vurdum. Het-trik etmək heç də asan iş deyil. Bunu bacaran futbolçular sırasında olmaq məni qürurlandırır.

– Matçda 3 qol vurduğun üçün topu götürdün…

– Onu evə apardım və özüm üçün yadigar saxlayacam.

– Artıq qış fasiləsi yaxınlaşır. Komandanın kapitanı kimi “Neftçi”də nələrin dəyişməli olduğunu düşünürsən?

– Mən indi qış fasiləsini fikirləşmirəm. Qarşıda hələ 5 oyunumuz var. Oyunlar keçsin, ondan sonra rəhbərlik və məşqçi heyəti nəyi dəyişmək lazım olduğunu deyəcək.

– Növbəti turda “Qarabağ”la üz-üzə gələcəksiz. Doğma meydanda bu rəqibi uda biləcəksiz?

– “Qarabağ”la oyunlar həmişə maraqlı olur və mən bu oyunları çox sevirəm. Biz oyuna maksimum diqqətli çıxmalıyıq. Qələbə üçün oynayacağıq.

– Bu mövsüm əsas rəqibləriniz “Sabah” və “Qarabağ”ı məğlub etməmisiz. Nəhayət, uğursuzluğa son qoyacaqsız?

– Gələcəyi görə bilmirəm, oyunun hansı hesabla qutaracağını deyə bilmərəm.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp