Cənubi Koreya – Qana matçı qırmızı vərəqə ilə bitdi. Oyunun əsas vaxtına 10 dəqiqə əlavə edən baş hakimin qarşılaşmanı 101-ci dəqiqədə dayandırması asiyalıların xoşuna gəlmədi.

Əslində, ingiltərəli baş hakim Enton Teylor hətta əlavə vaxtda itirilən zamanı da kompensasiya etmişdi. Amma qarşılaşmanın koreyalıların künc zərbəsi qazanmasından sonra dayandırılması qalmaqala səbəb oldu. Zərbəni yerinə yetirməyə imkan verilməməsi Cənubi Koreya millisinin üzvlərinin qəzəbi ilə qarşılandı.

Asiya təmsilçisinin baş məşqçi Paulu Bentu əsəblərinə hakim ola bilməyib, aqressiv davrandı, nəticədə qarşısında qırmızı vərəqə gördü. Bu isə o deməkdi ki, portuqaliyalı mütəxəssis həmyerlilərinə qarşı həlledici 3-cü tur matçında postunda olmayacaq, Cənubi Koreya meydana baş məşqçisiz çıxacaq.

Oyunla bağlı bir maraqlı məqam da ondan ibarətdi ki, Qana millisinin qapıya tərəf vurduğu 3 zərbənin hamısı qol oldu. İlk turda da afrikalılar 3 zərbə endirmiş, Portuqaliyaya 2 qol vurmuşdular. 6 zərbə, 5 qol – əla statistikadı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp