Belçika millisinin kapitanı Eden Hazard komandanın düşərgəsində başverənlərlə bağlı xəbərləri təkzib edib. O, bu gün keçirdiyi mətbuat konfransında hər şeyin qaydasında olduğunu deyib.

Futbolinfo.az xəbər verir ki, Belçika millisinin düşərgəsində br neçə futbolçunun dalaşdığı barədə xəbərlər yayılıb. Hətta bəzi oyunçuların küsülü olduğu deyilir.

“Real”ın ulduz oyunçusu hər şeyi inkar edib və sabahkı matça hazırlaşdıqlarını bildirib: “Mərakeşlə oyundan sonra dava? Hamısı boş söhbətlərdir. Dünən komanda daxilində gözəl bir toplantımız oldu və sabah qələbə qazanmaq üçün hər şey edəcəyik. Vertongenlə niyə dalaşım? Axmaq deyiləm və o, məndən böyükdür”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp