Uels millisinin kapitanı Qaret Beyl İngiltərə yığması ilə bugünkü oyun barədə danışıb. 1/8 finala çıxmaq üçün qələbəyə ehtiyacları olduğunu anlayan yarımmüdafiəçi bunun üçün çalışacaqlarını deyir.

Beyl ingilislərin gücünün fərqindədi: “Rəqib çox yaxşı təşkil olunmuş komandadır və mundialın favoritlərindəndirlər. Bizim üçün çox çətin olacaq. Lakin hazırkı Dünya Çempionatında artıq bir neçə sensasiya olub. Biz də sürpriz etməyə qadirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Bu gün saat 23:00-da başlayacaq oyun ərəfəsində Qaret, komanda olmağın vacibliyini vurğulayıb: “Tək bir futbolçunun uğur gətirməsini gözləməməliyik. Komanda kimi uğurlu olmağa çalışmalıyıq. Əlbəttə, bütün oyunları qazanmaq istəyirik, amma futbolda bu, heç də asan deyil. Asan olsaydı, hamı mundialın favoriti sayılardı”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp