“Bayern”in baş direktoru Oliver Kan komandaya keçəcəyi gözlənilən ulduzlar barədə danışıb. O, Harri Keyn və Kriştianu Ronaldonun transferi haqda düşünmədiklərini bildirib.

Futbolinfo.az xəbər verir ki, Kan Keynlə maraqlanmadıqlarını dilə gətirib: “Bu barədə mən də tez-tez eşidirəm. Guya Harrinin bizimlə hansısa əlaqəsi var. Əslində isə belə deyil, o, “Tottenhem”də oynayır. Bir çox oyunçunu nəzərdən keçiririk, maraqlanırıq. Amma başqa klubun oyunçusu ilə təmas qurmuruq. Maraqlansaq, birbaşa klubu ilə təmasa keçirik”.

Kan hazırda əla heyətləri olduğunu, ciddi transferlərə ehtiyac duymadıqlarını söyləyib: “Kriştianu Ronaldonu heyətə qatmayacağımızı əminliklə deyə bilərəm. Onu çox sevirik, hörmətimiz var, lakin bu keçid klubumuzun fəlsəfəsinə uyğun deyil. Biz heyəti başqa prinsiplər əsasında müəyyənləşdiririk”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp