Yayda “Milan”dan azad agent kimi ayrılıb “Barselona”ya yollanan Frenk Kessye peşman olub. Heyətə düşə bilmədiyi üçün İspaniyadan ayrılmağa çalışan yarımmüdafiəçi variantlar axtarır.

Kessye bir müddət öncə keçmiş klubuna xəbər göndərmişdi. Belə ki, o, meneceri vasitəsi ilə “Milan”a qayıtmaq arzusunu bildirmişdi. Lakin müqaviləsini yeniləməyib “Barselona”ya getdiyi üçün Frenkdən incik olan “qırmızı-qaralar” onunla hətta maraqlanmamış, qapılarının bu futbolçuya bağlı olduğunu bildirmişdi.

Əvəzində “İnter” Kessyenin transferi üçün hərəkətə keçib. Milanın digər təmsilçisi əzəli rəqibinin imtina etdiyi ulduzu elə bu qış İtaliyaya gətirə bilər. 35 milyon avro dəyəri olan yarımmüdafiəçinin transferində endirimə nail olmaq mümkünləşsə, Frenk tezliklə “İnter”in heyətində meydana çıxacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp