Dünya Çempionatında 3-cü tura start verildi. Artıq qrupunda mübarizəyə yekun vurulub və Fransa, Braziliya və Portuqaliyanın ardınca 1/8 finalın daha iki iştirakçısı bəllidi.

Futbolinfo.az xəbər verir ki, ev sahibi Qətərin xal qazana bilmədiyi qrupda Niderland liderliyə yüksəldi. Lui van Qalın yetirmələri son oyunda məhz asiyalıları 2:0 hesabıyla yendi. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün heç-heçənin kifayət etdiyi oyunda Ekvador bunu bacarmadı və Seneqal 2:1 hesablı qələbə ilə 1/8-ə adladı.

Seneqal tarixində 2-ci dəfə qrup mərhələsini aşdı. 20 il fasilə ilə reallaşan hər iki uğurda eyni adam baş rolda olub. Aliu Sisse 2002-ci ildə yığmanın kapitanı idisə, bu dəfə o, baş məşqçi kimi sevindi.

Niderland qatıldığı 9 Dünya Çempionatının hamısında qrup mərhələsini adlamağı bacarıbsa, komandanın futbolçusu Kodi Qakpo bütün oyunlarda hesabı açdı. Daha öncə yalnız DÇ-86-da italiyalı Alessandro Altobelli bunu bacarmışdı.

Qətər isə mundialda bütün oyunlarda uduzan ilk komanda olmaqla yanaşı, buraxılan qol sayında da antirekorda imza atdı – 7.

a52e8bfa ee9a 4039 b5b3 e172d13832d7 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp