DÇ-2022-də Seneqal Ekvadoru 2:1 hesabıyla məğlub edib 2-ci yerlə qrupdan çıxdı. Bu komanda Nigeriya (1994, 1998, 2014) və Qanadan (2006, 2010) sonra belə uğuru iki dəfə və daha çox yaşayan 3-cü Afrika təmsilçisi oldu.

Futbolinfo.az xəbər verir ki, seneqallıların qələbə qolunu vuran Kalidu Kulibali yığmasının mundialda qol vuran ən yaşlı oyunçusu oldu. O, bunu 31 yaş 162 günlüyündə bacardı. Maraqlıdı ki, bu qol Kulibalinin milli komandada ilk qoludur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp