Seneqal millisi Ekvador üzərində qələbəni komandanın sabiq üzvü Papa Buba Diopa həsr etdi. 1/8 finala vəsiqənin təmin edildiyi oyunda tribunaları mərhumun şəkilləri bəzəmişdi.

Papa Buba Diop Seneqalın dünya çempionatlarında ilk qolunu vuran futbolçudur. 2002-ci ildə məhz onun həlledici qolu Fransa üzərində sürpriz qələbəni rəsmiləşdirmişdi. Bu gün – noyabrın 29-u onun anım günü idi. Diop 2 il öncə məhz bu gün, 42 yaşında dünyasını dəyişmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp