“Yuventus”un İdarə Heyətinin üzvü Con Elkann klubdakı istefaların baş məşqçi postuna təsiri olmayacağını bildirib. O, baş məşqçi Massimiliano Alleqrinin işini davam etdriəcəyini söyləyib:

“Alleqri postunda qalacaq. İstefalar idman nəticələri ilə bağlı deyil və məşqçi işinin öhdəsindən gəlir. Ona güvənirik, komandanı daha yaxşı vəziyyətə gətirəcəyinə əminik. Alleqri və yetirmələri son matçlarda çox şeyə qadir olduqlarını göstərdilər”.

Çox güman ki, bu açıqlama klubda xaosa yol açılmamasına yönəlib. Klub rəhbərliyi istefa veribsə, bunun da bir səbəbi Çempionlar Liqasında qrupda qalmağa görədi və yeni rəhbərlik zamanla məşqçiylə bağlı məsələni də gündəmə gətirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp