İngiltərənin Uelsi məğlub etməsi 16 ildən sonra ilk dəfə qrupu ilk pillədə başa vurması ilə nəticələndi. Son mundiallarda bunu bacarmayan britaniyalılar, nəhayət, Qətərdə arzusuna çatdı.

Qonşularını 3:0 hesabıyla darmadağın etmək nəticəsində İngiltərə millisi həm də rekord qırdı. Bunadək onlar heç vaxt qrup mərhələsində 9 qol vura, +7 top fərqinə malik ola bilməmişdilər.

Markus Reşford isə ölkə futbolu tarixinə düşdü. Oyunda son nöqtəni qoyan hücumçu İngiltərənin mundiallar tarixində 100-cü qolunun müəllifi oldu. Markus böyük turnirlərdə 3 qol həddinə çatan 2-ci “Mançester Yunayted” futbolçusu kimi də yadda qaldı. Ona kimi yalnız Bobbi Çarlton DÇ-66-da bunu bacarmışdı.

Harri Keyn qrup mərhələsində qol hesabını aça bilməsə də, 3 məhsuldar ötürməylə öyünəcək. Mundialda buna sonuncu dəfə 2002-ci ildə Devid Bekhem nail olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp