DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda İranı 1:0 hesabıyla məğlub edən ABŞ iştirak etdiyi mundiallarda ardıcıl 3-cü dəfə pley-offa vəsiqə qazandı. Onlar daha öncə 2010 və 2014-cü illərdə bunu bacarmışdı. İran isə arıtq 6 mundialdır ki, qrupda qalır.

Cənub qonşularımız heç vaxt pley-off üzü görməyib. 18 qrup matçı oynayaraq mərhələ keçməyən İran yalız şotlandlarla təsəlli tapa bilər. Çünki Şotlandiya daha çox – 23 qrup matçı oynasa da, pley-offa yüksəlməyiblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp