Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, həmyerlimiz bu gün Türkiyənin İzmir şəhərində keçiriləcək CEV kubokun 1/8 final mərhələsinin matçını idarə edəcək.
Fuad Ağayev kişi voleybolçular arasında “Arkas İzmir” (Türkiyə) və “Valsa Group Modena” (İtaliya) klublarının qarşılaşmasında ikinci hakim olacaq.
Matçın birinci hakimi isə serbiyalı Tomislav Popoviçdir.