“Qarabağ”la 0:0-lıq heç-heçəni uğurlu hesab etmək olar. Çempionatın liderindən bir xal almaq pis nəticə sayılmamalıdır. Nəzərə alaq ki, “Qarabağ” bu il cəmi bir dəfə xal itirmişdi” – bunu futbolinfo.az saytına açıqlamasında “Zirə”nin müdafiəçisi Slavik Alxasov deyib.

O, Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ”la heç-heçə etdikləri matçdan danışıb: “İlk dövrədə 1:7 hesabı ilə uduzmağımıza baxmayaraq, oyuna qisas hiss ilə çıxmamışdıq. Əsas məqsədimiz öz oyunumuzu oynayıb nəticə qazanmaq idi. Şükür ki, buna nail olduq. Bu mövsüm bəzi uğursuz oyunlarımız olub. Ümumi götürsək, nəticələrimiz normaldır. Həm də rəqiblərin gücləndiyini nəzərə almaqlıyıq. Qış fasiləsindən sonra daha yaxşı oyunlar keçirəcəyimizə inanıram”.

Alxasov növbəti turda “Turan Tovuz”a qarşı keçirəcəkləri matçdan da danışıb: “Turan Tovuz” yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Ümid edirəm ki, qalib gələcəyik”.

Shares: