“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, gürcüstanlı hücumçunun yubileyi Premyer Liqanın 15-ci turuna təsadüf edib.

“Turan Tovuz”la səfər görüşündə sonradan meydana çıxan gürcü legioner 100-cü qarşılaşmasını keçirib. Onun hesabında 30 qol var.

Volkov Premyer Liqada 2019-cu ilin əvvəlində debüt edib. O, “Qəbələ”də 27 (7 qol), “Zirə”də 58 (20 qol) və “Sabah”da 15 (3 qol) oyunda meydanda olub.

“Sabah” səfər matçında 1:0 hesablı qələbə qazanıb.

Shares: