Ötən gün “Sabah”la matçda zədələnən “Turan Tovuz”un futbolçusu Henri Okebuqvu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə futbolinfo.az-a açıqlamasında futbolçu özü deyib.

O bildirib ki, müalicəyə artıq start verib: “Dərhal müalicə tədbirlərinə başladıq. Hər şeyin tezliklə yaxşı olacağınq ümid edirəm”.

Okebuqvu komandasının “Sabah” 0:1 hesabı ilə uduzması barədə isə bunu deyib: “Komanda yoldaşlarıma sona qədər döyüşdüklərinə görə təşəkkür edirəm”.

Shares: