Dekabrın 1-də “Şüa” İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan Kubokuna start veriləcək.
Futbolinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparacaqlar.
Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.
Qeyd edək ki, fərqlənən idmançılar nazirliyin diplomları va federasiyanın hədiyyələri ilə təltif olunacaqlar.