Pele növbəti dəfə xəstəxanaya düşüb. Futbol kralı bu gün vətəni Braziliyada həkim nəzarətinə götürülüb.

Xərçəngdən xəstəliyindən əziyyət çəkən Peledə ürək çatışmazlığı da aşkar olunub. Yaddaş pozğunluğunun da müşahidə edildiyi braziliyalının xərçəngdən müalicəsinin fayda vermədiyi bəlli olub.

Hazırda müəyyən testlər verdiyi deyilən Pelenin vəziyyəti hər keçən saatda pisləşir. Həkimlər hələ ki, nikbin açıqlamalar verə bilmir.

Shares: