“Mənim ikinci komandaya göndərildiyimi baş məşqçidən soruşmaq lazımdır” – bunu futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Damian Daniçiç deyib.

Serbiya U-21 yığmasının sabiq üzvü “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov tərəfindən ikinci heyətə göndərilməsinə münasibət bildirib: “Mənə dedilər ki, ya özünə yeni komanda tap get, ya da əvəzedici heyətdə oyna. Biz ödənişlə bağlı razılıq əldə bilmədik. Klub müqaviləni pozmaq istədi, amma razılaşmadıq”.

2025-ci ilə kimi müqaviləsi olan 22 yaşlı futbolçu bildirib ki, hələlik əvəzedici heyətdə məşq edib gözləyəcək: “Hələ ki, burda gözləyəcəm. Mən müqaviləni pozmaq üçün cəmi iki ayın pulunu istədim. Razılaşmadılar, mən anlaşmanı pozmayacam”.

Shares: