Avstraliya millisi tarixində ilk dəfə Dünya Çempionatında ardıcıl 2 qələbə qazandı. Danimarka ilə az öncə başa çatan matçda reallaşan siftə sayəsində komanda 2-ci dəfə pley-offa vəsiqə qazandı.
16 il öncə ilk dəfə bu uğura nail olan Avstraliya o zaman Xorvatiyaya uduzmamaqla istəyinə çatmışdı. 2:2 hesabıyla başa çatan olaylı qarşılaşmada baş hakim Qrehem Poll rəqib oyunçu Yosip Şimunişi yalnız 3-cü sarı vərəqəni göstərdikdən sonra meydandan qovmuşdu.
Maraqlıdı ki, bugünkü oyunda komandanın ən çox ötürmə edən üzvü qapıçı Metyu Ryan oldu. O, 24-ü dəqiq olmaqla, 38 ötürmə etdi.