İsmail Bennasser “Milan”la mövcud müqaviləsinin müddətini uzatmaq istəyir. O, artıq indidən şərtlərini klub rəhbərliyinə çatdırıb.
Əlcəzairli yarımmüdafiəçi iki ay öncə keçmiş meneceri ilə vidalaşıb. O, indi Enzo Rayola ilə işləyir və yeni menecerinə “Milan”la danışıqlara başlamaq tapşırığı verib.
Bennasserin tələbləri o qədər də böyük deyil və hazırkı klubundan məmnundu. Sadəcə, daha uzumüddətli müqavilə və maaşında bir qədər artım istəyir. Klub rəhbərliyi də onun çıxışından razıdı, yeni anlaşma üçün problem görünmür.
“Milan” Rafael Leaonu da heyətdə saxlamaq istəyir. Bir sıra ingilis klubunun transfer etmək istədiyi portuqaliyal ulduz İtaliyada qalmaq istəyini bildirib: “Hazırda sevincli və qürurluyam. Dünya Çempionatındakı çıxışımıza köklənməliyəm. Klubumla yeni müqavilə məsələsinə gəlincə, Qətərə yollanmamış Paolo Maldini ilə bu barədə danışmışıq. Məncə, bir-birimizi başa düşdük, mundialdan sonra detalları dəqiqləşdirəcəyik. “Milan”da qalmaq istəyirəm”.