Fransa millisinin baş məşqçisi Didye Deşam Tunisə 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. O, qərarlarından peşman olmadığını bildirib:

Təcrübəli çalışdırıcı etdiyi seçimlərə görə çətin vəziyyətə düşdüklərini boynuna alıb: “Qəbul etdiyim qərarlar üzündən çətinlik yaşadıq. Amma peçman deyiləm, bu təcrübə 4 gün sonra xeyrimizə işləyəcək, faydasını görəcəyik. Bir neeçə futbolçununun səhhəti baxımından risk var idi. İlk 2 oyunu yüksək səviyyədə keçirmişdik. Bu üzdən aparıcı futbolçuları istirahət etməsinə gərək duyduq. Gənc futbolçular meydana çıxdı, onlar Dünya Çempionatının necə bir turnir olduğunu əyani gördülər, fərqi hiss etdilər. Məqsədimizə çatdıq. İndi bizim üçün turnirin yeni mərhələsi başlayır”.

Deşamın şans verdiyi əksər gənclər ümidi doğrultmasa da Eduardo Kamavinqa əsas heyətə layiq olduğunu isbatlaya bildi. “Real”ın yarımmüdafiəçisi matç ərzində 18 ikili mübarizədə qalib gəldi ki, bu da mundiallarda Fransa rekordudur.

Ayrıca Kamavinqa 11 dəfə top “oğurlamaqla” yığmasının tarixində 2-ci ən yaxşı göstəriciyə nail oldu. Ona qədər yalnız Maksim Bossis 1978-ci ildə İtaliya millisi ilə görüşdə daha çoxunu (13) bacarmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp