“Arsenal”ın müdafiəçisi Benjamin Uayt İngiltərə millisindən ayrılıb. Şəxsi səbəblərdən evə qayıdan oyunçu mundialın qalan görüşlərində heyətdə olmayacaq.

1 GettyImages 1387972292 - Futbolinfo.az

Lionel Messi tarixə düşdü. Hazırda davam edən Polşayla matçda mundialda 22-ci dəfə Argentina forması geyən ulduz, 21 oyuna çıxmış Dieqo Maradonanı ötdü.

messi33 - Futbolinfo.az

Hollandiya millisinin cinah hücumçusu Kodi Qakpo oyunu ilə aparıcı klubların diqqət mərkəzinə düşüb. İlk 3 turun bütün oyunlarında qol vuran PSV-lini indiyədək yalnız “Mançester Yunayted” istəyirdisə, mundialdan sonra bir neçə nəhəngin onun üçün mübarizə aparacağı deyilir.

173985 og675kf7jh - Futbolinfo.az

Dünya Çempionatının ilk turunda zədələnən Neymarın durumu yaxşı deyil. 1/8 finalda oynaya biləcəyi deyilən ulduzun ayağı sağalmır. Həkimlər onu məşqlərə buraxmağa tələsmək istəmirlər. Duşan Vlahoviç Serbiya yığması haqda yayılan seks qalmaqalı xəbərlərindən məyusdu: “Bu, axmaqlıqdı, çox pis böhtandı. Bura gəlib özümü müdafiə etmək zorunda qaldığım üçün utanıram. Bu söz-söhbət həyatda eddə biləcəyi birşeylər olmayan insanlar tərəfindən uydurulub”.

62243146 bcbe 47af 80f3 9c596f40473b 1 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp