Dünya Çempionatının 3-cü turu çərçivəsində Argentina Polşanı məğlub etdi (2:0) və hər iki komanda qrupdan çıxdı. Avropalılar 1986-dan bəri ilk, cənubi amerikalılar ardıcıl 5-ci dəfə pley-offa vəsiqə qazanmağı bacardı.

Maraqlıdı ki, bu qrupda 2-ci pillənin sahibi vərəqə sayına görə müəyyənləşə bilərdi. Vurub-buraxdıqları top sayı eyni olan, şəxsi görüşləri qolsuz bitən Polşayla Meksikanın qiyabi duelində daha az vərəqə görən avropalılar öndə idi. Bu səbəbdən risk alıb 3-cü qolu vurmağa çalışan meksikalılar son anlarda özləri məyus oldu və 3-cü yerlə kifayətləndi.

Argentinalılar oyun ərzində ötürmə (800) və dəqiq ötürmə (92%) sayında şəxsi rekordlarını da yenilədilər. Amma Enzo Fernandeslə bağlı statistikada eyni hal baş vermədi. O, 21 yaş 317 gün göstəricisi ilə mundialda meydana çıxan 2-ci ən gənc argentinalı oldu. Zirvədə 2006-cı ildə müəyyənləşdirdiyi rekordla (18 yaş 362 gün) Lionel Messi qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp