Voysex Şesnı tarixdə Dünya Çempionatında 2 penalti dəf edən 3-cü qapıçı oldu. Dünən qrupun son oyununda Lionel Messinin zərbəsi zamanı qola imkan verməyən qolkiperdən öncə başqa bir həmyerlisi də bunu bacarmışdı.

Futbolinfo.az xəbər verir ki, 2002-ci ildə Bred Fridel (ABŞ), DÇ-1974-də isə Yan Tomaşevski (Polşa) eyni uğura imza atmışdı.

Bəlkə də Messinin uğursuzluğu Argentinanın finala yolunu açacaq. Nə qədər qəribə olsa da, tarixdə çox maraqlı bir statistika var.

1978. Kempes 3-cü oyunda penaltini qaçırdı, sonda Argentina çempion oldu.

1986. Maradona 3-cü oyunda penaltini qaçırdı, sonda Argentina çempion oldu.

2022. Messi 3-cü oyunda penaltini qaçırdı və…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp