Meksika Səudiyyə Ərəbistanını məğlub etdi, lakin bu, qrupdan çıxmaq üçün yetərli olmadı. 3-cü turda qazanılan 2:1 hesablı qələbə pley-offa yüksələn Polşayla xal bərabərliyi təsəllisindən başqa bir şeyə yaramadı.

Futbolinfo.az xəbər verir ki, şimali amerikalılar ilk dəfə 1978-də qrupdan çıxa bilmişdi, 1994-cü ildən başlayaraq, son 7 mundialın isə hamısında 16 ən güclü komanda sırasına yüksəlməyi bacarmışdı. Seriyanı 8-ə çatdırmaq mümkün olmadı.

Son tur matçında Səudiyyə Ərəbistanı da xoşagəlməz statistikaya çatdı. Asiya təmsilçisi 3 oyuna 14 sarı vərəqə aldı, bu isə mundiallar tarixində qrup mərhələsinin antirekordudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp