Qrup mərhələsini aşa bilməyən Meksika baş məşqçisini də itirdi. İran millisinin çalışdırıcısı Karluş Keyruş kimi, Xerardo Martino da yığma ilə yollarını ayırdı.

Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə oyun bitincə argentinalı mütəxəssis istefasını açıqladı. Meksika Futbol Federasiyasının qərarını gözləmədən, elə mətbuat konfransındaca Martino gedişini elan etdi: “Müqaviləm hakimin final fitini səsləndirdiyi an bitdi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp