Nunu Mendeş üçün il erkən bitdi. Ciddi zədə alan müdafiəçinin sağalması üçün azı 2 ay vaxt tələb olunur.

Portuqaliya millisinin üzvü Uruqvayla qarşılaşmanın əvvəlində zədə alıb. Dünya Çempionatının 2-ci tur qarşılaşmasında sıradan çıxan futbolçu bu üzdən yarışla da vidalaşıb. Amma o, millinin düşərgəsini tərk etməyib, komandanı dəstəkləmək üçün sonadək oyundaşlarının yanında olacaq.

PSJ-yə məxsus olan futbolçun klub həkimləri də Qətərdə ziyarət edib. Əzələsində problem yaranan müdafiəçi əməliyyat olumayacaq, amma ciddi müalicə prosesi keçməlidi.

Xtırladaq ki, Portuqaliya yığması son turun nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp