Frank Kessyenin meneceri Corc Atanqa müştərisinin İtaliya A Seriyasıma mümkün dönüşü hada danışıb. “Milan” qayıtmaq istəyinin rədd edildiyi, ardınca “İnter”lə anlaşmaq üzrə olduğu deyilən yarımmüdafiəçiylə bağlı xəbərlər dolaşır.
Atanqa bütün bunları təkzib edib və Kessyenin “Barselona”da qalacağını bildirib: “Belə xəbərləri yalnız təbəssümlə qarşılayıram. Frank heç vaxt indi olduğu qədər xoşbəxt olmaylıb. Bir çox futbolçu üçün xəyal olacaq hədəfə çatıb – “Barselona”nın oyunçusudur”.
Menecer Milan klubları haqda da danışıb: “Milan” və ya “İnter”lə heç bir təmasa keçmədik. Onun “rossonyerlər”in düşərgəsində niyə qalmadığı qabardılır, amma Donnarumma, Romanyoli, Çalhanoğlu da eyni addımı atdı. Niyə onlar barədə danışılmır? Kessye “Milan”da qalmaq istəyirdi, ilin əvvəlində xeyli sərfəli təklifi geri çevirdik. Amma İtaliya klubu heç nə etmədi, müqavilə isə ikitərəfli imzalanmalıdı”.