La Liqanın prezidenti Xavyer Tebas “Barselona”nın mümkün transferlərindən danışıb. O, hazırkı vəziyyətdə katalonların yeni oyunçu almasını mümkünsüz sayır.
Tebas maliyyə yükü səbəbindən “Barselona”nın transer etmək ehtimalının olduğunu düşünmür: “Klubun vitse-prezidentinin açıqlamasına əsasən belə düşünürəm. Klubun maaş fondu yüklənib, limiti keçə bilməzlər. Problemi həll etsələr, vəziyyət dəyişə bilər. Lakin öncə maaş büdcəsi azaldılmalıdı”.
La Liqa prezidenti klubun rəhbərliyinin fərqli açıqlamalar verdiyini deyir: “Prezident Xuan Laporta öncə problemin həlli üçün bəzi planları olduğunu deyir, ertəsi alınmadığını bildirir. Necə olacağını bilmirəm. Qaydalar hamı üşün eynidir. Bəziləri üçün ağır görünə bilər, amma biz fərq qoya bilmərik”.