Polşa millisinin qapıçısı Voytsex Şesnı Dünya Çempionatının qrup mərhələsinin III turunda Argentinaya qarşı keçirdikləri oyunu barədə danışıb. Qolkiper 0:2 uduzduqları görüşün ilk hissəsində Lionel Messinin penaltisini dəf etməsinə də toxunub.

Qolkiper penaltinin olmadığını iddia edir: “Hakimə dedim ki, epizodda penalti yox idi. Mənə təmas var idi, Messiyə yox. Lakin qərar verildi. Messinin hara vuracağını bilirdim. Amma tam əmin deyildim. Messi bəzən qapıçıya baxır və sərt zərbə endirir. Bilirdim ki, güclü zərbə endirsə, məndən sol tərəfə vuracaq. Onun penaltisini dəf etdiyim üçün xoşbəxtəm. Bu, bizə kömək etdi. Komandaya borcum var idi”.

Şesnı zarafatlaşmağa da imkan tapıb: “Hakim VAR-a baxmağa gedərkən Messi ilə 100 avrodan mərc etdik. O, penalti təyin olunacağını, mən əksini deyirdik. Mərci uduzdum, amma dueldə qalib gəldim. Dünya Çempionatında buna görə cəza verilib-verilmədiyini bilmirəm. Onsuz da ciddiyə almadığım üçün Leonun pulunu verməyəcəm”.

Qapıçı növbəti mərhələdə qarşılaşacaqları rəqib haqda da danışıb: “Hamı 1/8 finalda üz-üzə gələcəyimiz Fransanı favorit sayır. Amma onları keçə bilərik. Kilian Mbappeni necə dayandıracağımızı soruşurlar, onunla mən tək bacaracağam”.

Shares: