Almaniya millisinin üzvü Camal Musiala Dünya Çempionatları tarixində yeni rekorda sahib olub. O, dünən Kosta-Rikayla qrup mərhələsinin 3-cü tur görüşündə rəqib cərimə meydançasında topa 24 dəfə toxunub. İndiyədək başqa heç bir futbolçu bunu bacarmayıb.

Öncəki rekord Kilian Mbappeyə məxsus idi. Cari mundialın Avstraliya ilə görüşündə fransız hücumçu 19 dəfə topa toxuna bilmişdi.

Almanların 4:2 hesabıyla qalib gəlib qrupda qaldığı oyun Bundestimin digər üzvü Tomas Müller üçün isə uğursuz alınıb. Dünya Çempionatlarında ilk 12 matçında 10 qol vuran forvard, ardıcıl 7-ci qarşılaşmanı susqun keçirib. 3 uğursuz zərbə cəhdindən sonra o da karyerasının qürubda olduğunu qəbul edib və matç bitən kimi milli karyerasını bitirdiyini açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp