Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda İspaniyanı məğlub edərək pley-offa çıxan Yaponiyanın uğuru təsadüfi deyil. Qrupda ilk yeri titan asiyalılar iki Avropa nəhəngini yenməklə buna layiq olduqlarını isbatladılar.

Maraqlıdı ki, Almaniyanı qrupda saxlaması daha böyük sensasiya sayılan komandanın üzvləri arasında seçilənlər məhz Bundesliqada oynayanlardır. Təsəvvür edin, Yaponiyanın cari mundialda qolu var və hamısını Almaniya çempionatında oynayanlar vurub.

Ritsu Doan – 2 qol (Frayburq)

Takuma Asano – 1 qol (Bohum)

Ao Tanaka – 1 qol (Fortuna Düsseldorf)

Yaponiya Asiyanın uğurlu çıxış edən tək təmsilçisidir. Bunun sayəsində 2002-ci ildən bəri ilk dəfə Dünya Çempionatında 1/8 finalda hər bir iştirakçı konfederasiyadan ən azı bir ölkə mübarizə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp