“Şamaxı”nın hücumçusu Amil Yunanovun durumuna aydınlıq gəlib. Forvard artıq komanda ilə məşqlərə başlayıb.

Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib: “Komanda ilə tam məşq etmirəm. Amma yüngül məşqlərə qoşuluram. Qismət olsa, gələn həftədən tam başlayacam. Bəlkə qışa qədər 1-2 oyunda meydana da çıxaram. Həkimlə məsləhətləşəcəm, icazə verilməsə, qış fasiləsindən sonra yüz faiz hazır vəziyyətdə qayıdaram. Komanda Antalyaya gedəcək, orda oynayıb, çempionat üçün geri qayıdacam”.

Qeyd edək ki, Amil Yunanov Azərbaycan Premyer Liqasının 5-ci turunda “Turan Tovuz”la matçda zədə almışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp