AFFA Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyevə Azərbaycan pasportunun verilməsi lə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Futbolinfo.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında milliləşdirilərək Azərbaycan yığmasına cəlb ediləcəyi gündəmdə olan yarımmüdafiəçi haqda Rusiya mətbuatında yayılan bu məlumatın doğru olmadığını bildirib:

“Pasport və milliləşdirmə məsələsi ilə məlumat həqiqəti əks etdirmir” – deyə AFFA rəsmisi qısaca qeyd edib.

Xatırladaq ki, Ayaz Quliyev bu yay verdiyi müsahibədə AFFA ilə daim əlaqə saxladığını, ancaq federasiyanın onunla konkret söhbət etmədiyini bildirmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp