Uruqvay Dünya Çempionatının son turunda Qananı 2:0 hesabıyla məğlub etsə də, 1/8 finala yüksələ bilmədi. Cənubi amerikalılar qrupdan çıxmaları üçün tələb olunan 3-cü qolu vurmağı bacarmadı.

Futbolinfo.az xəbər verir ki, Uruqvay son 4 cəhdində ilk dəfə qrupda qalarkən, Qana 2010-cu ildən bəri pley-off görmür. Afrikalılar mundiallarda eyni rəqibə qarşı iki penaltini boşa verən yeganə komandadır. 2010-cu ildə olduğu kimi, bu gün də Qana Uruqvayın qapısın təyin olunan belə cərimə zərbəsini boşa verdi.

Maraqlıdı ki, bu Dünya Çempionatında 5 penalti qola çevrilməyib. İndiyədək yalnız 2002-ci ildə belə şey baş verib, növbəti oyunlarda daha bir qeyri-dəqiqlik rekord gətirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp